Kriştiano Ronaldonun keçmiş sevgilisi Gemma Atkinson ulduz futbolçu ilə ayrıldıqdan sonra ona keçmiş partnyorunun adını ləkələmək üçün böyük məbləğdə pul təklif olunub.
Sportal.az xəbər verir ki, Atkinsonun sözlərinə görə, münasibətləri 2007-ci ildə başa çatdıqdan sonra mediadan ona Ronaldo barədə mənfi danışması üçün ciddi təkliflər gəlib.
“Biz ayrıldıqdan sonra mənə çox böyük pullar təklif etdilər ki, onun haqqında pis danışım. Amma bunu etmək istəmədim, çünki onun barədə deyəcək pis sözüm yox idi. Ona görə də pis danışmağa səbəb görmürəm”, – deyə o, "Key 103" radiosunun efirində bildirib.
saytlarin hazirlanmasi
