U-18 yığmamız Beynəlxalq İnkişaf Turnirində bu gün növbəti görüşünü keçirəcək.
Sportal.az xəbər verir ki, B qrupunda yer alan millimiz Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçiriləcək matça Bakı vaxtı ilə saat 14:20-də start veriləcək.
Yığma komandamız dünən ilk görüşündə Rusiyaya 1:7 uduzub.
saytlarin hazirlanmasi
