"Neftçi" Anatoli Banişevskini unutmadı - FOTOLAR

12:22 - 22 Fevral 2026

"Neftçi" əfsanəvi futbolçusu Anatoli Banişevskinin məzarını ziyarət edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, sabah "ağ-qaralar"ın keçmiş hücumçusunun doğum günündən 80 il ötür.

Bununla əlaqədar olaraq, “Neftçi”nin baş icraçı direktoru Cenk Sümer, komandanın baş məşqçisi Yuri Vernidub, kapitan Emin Mahmudov, mərhumun həyat yoldaşı İnna Banişevskaya, qızı Marina və klubun digər nümayəndələri Banişevskinin İkinci Fəxri xiyabandakı qəbrini ziyarət ediblər.

"Əfsanəvi futbolçumuzun xatirəsini yaşatmaq “Neftçi” Peşəkar Futbol Klubunun, ümumiyyətlə, hər bir “Neftçi”sevərin borcudur" – deyə qeyd edən baş icraçı direktor yubileylə əlaqədar klubun planlaşdırdığı tədbirlərlə bağlı onun ailəsinə məlumat verib. Mərhumun həyat yoldaşı İnna Banişevskaya da Anatoli Banişevskini unutmadıqlarına görə kluba minnətdarlığını bildirib.

Məzarın önünə “Neftçi” PFK tərəfindən əklil və gül dəstələri qoyulub.

Allah rəhmət eləsin!


Xəbər xətti