"Lamin Yamal komandada oruc tutan yeganə futbolçudur"

19:46 - 21 Fevral 2026

"Barselona"nın baş məşqçisi Hans Flik Ramazan ayı barədə danışıb.

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis komandada oruc tutan yeganə futbolçunun Lamin Yamal olduğunu deyib:

"Hər bir oyunçu üçün aydın bir planımız var. Fiziki vəziyyətlərini qoruyub-saxlamaları üçün qidalanma, istirahət müddətləri və məşq proqramları da daxil olmaqla, onların fəaliyyətlərini ətraflı şəkildə izləyirik. Düşünürəm ki, Lamin Yamal komandada oruc tutan yeganə futbolçudur".

Xəbər xətti