Misli Premyer Liqasının XXII turu çərçivəsində "Qəbələ"ni qəbul edən "Sumqayıt" 0:0 hesablı heç-heçə edib.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb:
"Oyunun ilk 20 dəqiqəsində yaxşı oyun göstərdik. İlk hissənin sonlarına yaxın səhvlər edirdik. İkinci hissədə biraz toparlasaq da, sonda bərabərliklə matçdan ayrıldıq".
- Komanda ümumilikdə yaxşı oyun sərgiləyir. Lakin ələ düşən imkanlardan futbolçuların yararlana bilməməsini məsuliyyətsiz yanaşma kimi qələmə vermək olarmı?
- Bəzi epizodlardan yararlana bilmirik, düzdü. Amma düşünmürəm ki, bu məsuliyyətsizlikdən irəli gəlir. Nədən bu durumun olduğunun cavabın tapa bilmirəm.
- Roi Kehatın zədəsi ilə bağlı məlumat varmı?
- Hələlik məlum olan heçnə yoxdur. Bazar ertəsi müayinələrdən sonra daha dəqiq bir şey söyləmək olar.
- Ardıcıl 3 oyundur qələbə qazana bilmirsiz. Bunu avrokuboklara vəsiqə uğrunda mübarizədə sizə necə təsir edəcəyini düşünürsüz?
- Hələki heç nə bəlli deyil. Bundan sonra çətin oyunlarımız qalsa da,əlimizdən gələni etməyə çalışacağıq.
Orxan Həsənquluyev
saytlarin hazirlanmasi
