"Qarabağ"ın legioneri qərarını verdi - Avropa və Asiya klubları onu istəyir

16:48 - 22 Fevral 2026

"Qarabağ"ın futbolçusu Joni Montiel yeni mövsümə də Azərbaycan Premyer Liqasında oynayacaq.

Sportal.az saytına verilən məlumata görə, ispan futbolçuya "Lex", "Ludoqorets" başda olmaqla Çin və BƏƏ klublarından təklif gəlsə də, qərarını verib.

Montiel yeni mövsümə də "Qarabağ"da başlamaq qərarına gəlib. O, Azərbaycan çempionunun heyətində qalmaq istəyir.

Təbii ki, son anda hansısa dəyişiklik baş verməsə, ispan 2026/2027 mövsümünü də "Qarabağ"da keçirəcək. Onu istəyən klublar lazım olan təzminatı ödəməyə hazırdır.

Qeyd edək ki, Montiel “Qarabağ”la 2+2 illik müqavilə imzalayıb. O, Azərbaycana gələnə qədər “Rayo Valyekano”, “Toledo”, “Oviedo”, “Levante”, “Valyadolid”, “Burqos” klublarının formasını geyinib.

Onun “Qarabağ”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti