PSJ-də yeni müqavilə - maaş artırılacaq

00:57 - 23 Fevral 2026

Joao Neveş PSJ ilə müqaviləsini bir il uzadıb.

Sportal.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçinin yeni sözləşməsi 2030-cu ilə qədər qüvvədə olacaq. Əvvəlki müqavilə 2029-cu ilə qədər idi. Neveş yeni anlaşmaya əsasən daha yüksək maaş alacaq.

Qeyd edək ki, futbolçu 2024-cü ilin yayında "Benfika"dan PSJ-yə keçib və ötən mövsüm Fransa klubunun heyətində Çempionlar Liqasını qazanıb.

Xəbər xətti