Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" Albaniya Super Liqasında 25-ci turun matçını keçirib.
Sportal.az xəbər verir ki, Vüsalın komandası "Flamurtari" ilə üz-üzə gəlib.
"Partizani" bu görüşdə 2:1 hesablı qələbə qazanıb.
İsgəndərli meydana start heyətində çıxıb və 83-cü dəqiqədə əvəzlənib.
"Partizani" 36 xalla 5-ci pillədədir.
saytlarin hazirlanmasi
