Mbappe "Benfika" ilə matçda oynamaya bilər - məşqi erkən tərk etdi

23:26 - 24 Fevral 2026

Kilian Mbappe “Real"ın "Benfika" ilə Çempionlar Liqasındakı cavab matçını buraxa bilər. Daha əvvəl bildirilmişdi ki, fransalı hücumçu dekabrın sonunda aldığı zədədən sonra sol dizində yaranmış diskomfort səbəbindən konservativ müalicə alır.

Sportal.az "L'Équipe"yə istinadən xəbər verir ki, Mbappe bugünkü məşqi vaxtından əvvəl dayandırıb.

Onun sabahkı oyunda iştirakı sual altındadır. “Real”da anlayırlar ki, problemin daha da ağırlaşması mövsümün həlledici mərhələsində ciddi nəticələrə gətirib çıxara bilər. Klub daxilində hesab edirlər ki, Mbappeyə ən azı 10 günlük istirahət lazımdır ki, mövsümün əsas oyunlarına tam hazır olsun.

Xəbər xətti