"Qarabağ" çətin rəqibdir" - "Nyukasl"ın futbolçusu

00:30 - 24 Fevral 2026

Yarımmüdafiəçi Ceykob Merfi "Nyukasl"ın "Qarabağ"la Çempionlar Liqasının cavab matçı barədə fikirlərini bölüşüb (ilk oyun 6:1).

Sportal.az xəbər verir ki, Merfi öz açıqlamasında Bakıda keçirilən matça da toxunaraq bunları qeyd edib:

"Bu möhtəşəm idi! Eyni zamanda bir rahatlama hissi idi. Bir neçə il əvvəl Çempionlar Liqasında oynamağı xəyal edirdim və “San-Siro”da debüt etmişdim. Kiçik bir köməklə nəhayət bunu bacardım! Yenidən evimizdə, azarkeşlərimiz qarşısında oynamaq xoşdur. Bilirik ki, asan oyun olmayacaq, hələ çox iş var, amma sadəcə geri dönməyimizə şadıq.

Bakıdakı matç hər şeyin bizim üçün mükəmməl alındığı və performansımızı ən yüksək səviyyədə təqdim etdiyimiz bir oyun idi. Ümumi götürsək, "Qarabağ" çətin rəqibdir. Montiel müdafiənin arxasına sızmağı yaxşı bacarır. Lakin evdə oynayırıq və ilk matçdakı nəticəni qoruyub saxlamalıyıq."

Xəbər xətti