"Fənərbaxça" autsayderlə matçda xal itirdi, İstanbulda dramatik son - VİDEO

00:01 - 24 Fevral 2026

Türkiyə Super Liqasında XXIII tura yekun vurulub.

Sportal.az xəbər verir ki, turun son matçında "Fənərbaxça" doğma meydanda "Kasımpaşa" ilə qarşılaşıb. İstanbul nəhəngi bu matçdan 1:1 hesablı heç-heçə ilə ayrılıb.

Qeyd edək ki, lider "Qalatasaray"la xal fərqini 2-yə endirən "Fənərbaxça" 53 xalla 2-ci, "Kasımpaşa" isə 20 xalla 16-cı sırada yer alıb.

Türkiyə Super Liqası

XXIII tur

"Fənərbaxça" - "Kasımpaşa" 1:1

Qollar: M. Asensio, 90+5, - J.Allevinah, 90+11

Xəbər xətti