"Qarabağ" dünya reytinqində irəlilədi

09:47 - 25 Fevral 2026

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) komandalar üzrə son beş ilin dünya reytinqini açıqlayıb.

Sportal.az xəbər verir ki, Azərbaycan klubları arasında ən yüksək nəticə "Qarabağ"a məxsusdur. 

Ağdam klubu 768,75 xalla dünya reytinqində 71-ci pillədədir. 

Digər təmsilçilərimizin mövqeyi isə daha aşağı olub. “Neftçi” 300 xalla 375-ci sırada yer alıb. “Zirə” 290,5 xalla 399-cu, “Sabah” isə 283,25 xalla 411-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 1753 xalla "Real" başçılıq edir.

Xəbər xətti