"Zirə"nin futbolçusu qol vurdu, "FIFA Series"-də ən yaxşı seçildi - FOTO

11:18 - 31 Mart 2026

Ruanda milli komandası "FIFA Series-2026" beynəlxalq turnirinin qalibi olub.

Sportal.az xəbər verir ki, Ruanda milli komandası Kiqalidə keçirilən görüşdə Estoniyanı 2:0 hesabı ilə məğlub edib. 

Bu matçda "Zirə"nin futbolçusu Leroy-Jak Mikels bir qolla yadda qalıb. O, həm də matçın oyunçusu seçilib. Ruanda bu görüşdən əvvəl isə Qrenada 4:0 qalib gəlmişdi.

Qeyd edək ki, Coy-Lens Mikels ("Sabah") və Coy-Slayd Mikels də ("Karvan-Yevlax") oyunun iştirakçısı olub.

Coy-Lens start heyətdə, Coy Slayd isə sonradan meydana çıxıb.

Xəbər xətti