"Bu görüşlərdə onun iştirak etməməsi lazım idi" - baş məşqçinin durumu pisləşdi, federasiyanı tənqid etdi

13:34 - 6 Aprel 2026

Rumıniya millisinin keçmiş futbolçusu İonel Dançulesku DÇ-2026-nın seçmə mərhələsinin pley-off görüşlərindən öncə Mirça Luçeskunun hansı durumda olmasını xatırlayıb.

Sportal.az “Digi Sport”a istinadən xəbər verir ki, Dançuleskunun sözlərinə görə, Rumıniya Futbol Federasiyası mütəxəssisin səhhətinin arzuolunan səviyyədə olmadığının fərqində idi:

"Bu vəziyyət tam nəzarətimdə deyil, amma fikrimcə, federasiya cənab Luçeskunun vəziyyətinin optimaldan çox uzaq olduğunu yaxşı bilirdi. Vəziyyətin çətin olduğu açıq-aydın görünürdü və belə bir şəraitdə müvafiq planlar hazırlanmalı idi. Hesab edirəm ki, cənab Mirça Luçeskunun Türkiyə və Slovakiya ilə oyunlarda iştirak etməməsi lazım idi. Bu, açıq-aydındır. Türkiyəyə məğlubiyyət vəziyyəti daha da pisləşdirdi və səhhətinin pisləşməsini sürətləndirdi. Buna görə də o, hazırda bu vəziyyətdədir".

Qeyd edək ki, dünən Luçeskunun süni komaya salındığı iddia edilib. Dançuleski “Dinamo”(Buxarest), “Altay”, “Styaua”, “Herkules” kimi klublarda çıxış edib.

Xəbər xətti