Kriştiano Ronaldodan 24 oyuna 24 qol

23:23 - 11 Aprel 2026

Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının cari mövsümündə 24-cü qolunu vurub.

Sportal.az xəbər verir ki, 41 yaşlı “Əl-Nəsr”in hücumçusu 28-ci turda “Əl-Ohdud”la oyunun 15-ci dəqiqəsində fərqlənib.

Portuqaliyalı futbolçu 24 oyunda 24 qolla liqanın bombardirləri siyahısında 3-cü pillədə qərarlaşıb. Onu Julian Quinones (“Əl-Qadisiyə”, 26 qol) və İvan Toney (“Əl-Əhli”, 28 qol) qabaqlayır.

Xəbər xətti