"Çelsi" və İngiltərə millisinin keçmiş kapitanı Con Terri "Kolçester Yunayted"in ortaq sahibi olub.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, o, klubun alınmasına təxminən 14 milyon funt sterlinq sərmayə qoyacaq konsorsiuma qoşulub. Belə ki, Terri "Kolçester"in səhmlərinin müəyyən hissəsinə sahib çıxacaq.
Sazişlə bağlı rəsmi açıqlamanın tezliklə veriləcəyi gözlənilir.
Con Terri futbolçu kimi 1998-2017-ci illərdə “Çelsi”nin formasını geyinib.
Bundan savayı isə sabiq müdafiəçi “Nottingem Forest” və “Aston Villa”da da çıxış edib. Əlavə edək ki, "Kolçester" "League Two", yəni sayca 4-cü liqada çıxış edir.
saytlarin hazirlanmasi
