"Aston Villa" və "Frayburq" finalda - Avropa Liqası

00:54 - 8 May 2026

UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.

Sportal.az xəbər verir ki, "Aston Villa" "Nottingem Forest"lə qarşılaşıb. ilk görüşdə 0:1 hesabı ilə məğlub olan "Aston Villa" 4:0 hesablı qələbə qazanaraq finala yüksəlməyi bacarıb.

"Frayburq" isə "Braqa"nı qonaq edib. Burada da meydan sahibləri ilk görüşdə məğlub olmasına baxmayaraq, cavab matçında 3:1 hesabı ilə məğlub edərək finala adını yazdırmağı bacarıb.

Xatırladaq ki, turnirin finalı mayın 20-də İstanbulda təşkil olunacaq.

UEFA Avropa Liqası
Yarımfinal mərhələsi
Cavab oyunları

23:00 "Aston Villa" (İngiltərə) - "Nottingem Forest" (İngiltərə) 4:0
ilk oyun - 0:1

23:00 "Frayburq" (Almaniya) - "Braqa" (Portuqaliya) 3:1
ilk oyun - 1:2

Xəbər xətti