Almaniya mətbuatı “Kayzerslautern”dən ayrılacağı gözlənilən Azərbaycan millisinin hücumçusu Mahir Emreli haqda yazıb.
Sportal.az xəbər verir ki, “SÜDWEST24” Emrelinin “Nürnberq”ə qayıtmaq ehtimalına da toxunub.
Həmin nəşr “Bild”in Miroslav Klozenin Mahiri yenidən sərəncamında görmək istəyi haqda isə bunları qeyd edib:
“Miroslav Kloze onu komandasında görmək istəyirdi. Amma “Nürnberq” Mahirlə bağlı danışıqları dayandırıb. Emrelinin bu yay Almaniyanı tamamilə tərk etməsi gözlənilir”.
28 yaşlı futbolçunun “Kayzerslatern”lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi
