"Milan"ın baş məşqçi postuna əsas namizəd bəlli oldu

22:03 - 30 May 2026

Arne Slot “Milan”ın baş məşqçi postuna əsas namizəddir.

Sportal.az xəbər verir ki, 47 yaşlı niderlandlı mütəxəssis bu gün "Liverpul" klubunun baş məşqçisi vəzifəsindən azad edilib. Həmçinin bildirilir ki, Ramon Planes İtaliya klubunun idman direktoru ola bilər.

“Milan” daha əvvəl baş məşqçi Massimiliano Alleqri və klubun idman rəhbərliyini vəzifədən uzaqlaşdırmışdı.

Bu gün yayılan xəbərlərdə isə Oliver Qlasnerin "Kristal Pelas"dan ayrılaraq “rossonerilər”in başına keçə biləcəyi qeyd olunmuşdu.

Xəbər xətti