Markus Reşford "Barselona"nın Antooni Qordonu transfer etməsinə baxmayaraq, komandada qalmağa ümid edir.
Sportal.az xəbər verir ki, hücumçu "Mançester Yunayted"ə qayıtmaq istəmir. Reşfordun əsas məqsədi karyerasında ilk dəfə UEFA Çempionlar Liqasını qazanmaqdır və o, bunun üçün “Barselona”nın ən uyğun yer olduğuna inanır.
Futbolçu Kataloniya klubunda qalmaq imkanını prioritet hesab edir və gələcəyi ilə bağlı yekun qərarın yaxın vaxtlarda veriləcəyi gözlənilir.
saytlarin hazirlanmasi
