"Neftçi" növbəti transferə hazırlaşır.
Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” Slovakiya millisinin üzvü Lubomir Tupta ilə anlaşıb.
Yunanıstanın AEL klubunda oynayan 28 yaşlı futbolçunun yaxın günlərdə Azərbaycana gələrək, rəsmi müqaviləyə qol çəkəcəyi gözlənilir.
Onun Larissa təmsilçisi ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
Tupta “Visla”(Krakov)”, “Verona”, “Askoli”, “Sion”, “Slovan”(Liberets), “Peskara”, “Vidzev Lodz” kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi
