“Neftçi”nin növbəti transferi Lubomir Tupta olacaq. “Ağ-qaralar” slovakiyalını keçidə razı sala bilib. Yuri Vernidubun istəyi ilə transfer ediləcək vinger özü də, “Neftçi”də oynamaq təklifinə razılıq verib.
Sportal.az saytına verilən məlumata görə, slovakiyalı futbolçu artıq Bakıya gəlib. Onun bu gün həkim müayinəsindən keçəcəyi planlaşdırılır.
28 yaşlı futbolçunun AEL klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
O, karyerası ərzində “Verona”, “Visla”(Krakov), “Sion”, “Askoli”, “Slovan”(Liberets), “Peskara”, “Vidzev”(Lodz) klublarında çıxış edib.
