Mərakeş yığmasında oynamış hücumçunun "Zirə"yə keçidi baş tutmayacaq

12:22 - 29 İyun 2026

Mərakeşin U-20 yığmasının sabiq üzvü Nassim Azauzinin "Zirə"yə keçidi reallaşmayacaq.

Sportal.az saytına verilən məlumata görə, afrikalı hücumçu bir müddət baxışda olsa da, məşqçilər korpusunun etimadını qazana bilməyib.

Ona görə də, o, düşərgədən ayrılıb və komanda ilə birlikdə Türkiyəyə də aparılmayıb.

Qeyd edək ki, Belçikanın U-17 və Mərakeşin U-20 yığmasının forvardı olmuş Nassim “Yonq Mexelen”də çıxış edir. Azauzi “Anderlext”in yetirməsidir.
 

Xəbər xətti