"Neftçi"nin istədiyi futbolçu Azərbaycana gəlməyəcək - seçdiyi klub da bəllidir

13:34 - 29 İyun 2026

"Neftçi"nin transfer siyahısında yer alan Makana Baku Azərbaycana gələsi olmayıb.

Əslində, onun keçidi öncədən də çətin görünürdü. Məsələ burasındadır ki, Bakuya “Kocaelispor” daha sərfəli təklif irəli sürmüşdü. Lakin Superliqa klubuna transfer qadağası qoyulduğundan, Baku digər təklifləri gözdən keçirmək istəyib.

Sportal.az saytına verilən məlumata görə, alman vinger artıq “Kocaelispor”la yekun razılıq əldə edib. Bu da Türkiyə klubuna qoyulan transfer qadağasının aradan qaldırmasını ehtimal etməyə əsas verir.

28 yaşlı futbolçunun "Atromitos"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, “Holşten Kiel”, “Varta”(Poznan), “Göztepe”, “Legiya”, “OFİ Krete” klublarının formasını geyinmişdi.
 

Xəbər xətti