"Zirə" heyətini braziliyalı futbolçu ilə gücləndirə bilər.
Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi Gilyerme Neyva ilə maraqlanır.
25 yaşlı vinger Portuqaliyanın “AVS Sad” klubunun üzvüdür. Klubla müqaviləsi 2027-ci il iyunun 30-a qədər olan Neyvanın “Zirə”yə keçəcəyi gözlənilir.
O, başa çatan mövsümdə 24 matça çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə edib.
Gilyerme “Akademika Koimbra”, “Taypas”, “Vianense”, “Sandinenses”, “Oliv. Hospital”(hamısı Portuqaliya) klublarında oynayıb.
