Konfrans Liqası: "Zirə" "Torpedo"nu məğlub etdi - YENİLƏNİB

21:51 - 8 İyul 2026

Bu gün “Zirə” Konfrans Liqasının I təsnifat mərhələsində ilk oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv Gürcüstanın “Torpedo” (Kutaisi) komandasını qəbul edib.

Matça Azərbaycan təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

20:00 “Zirə” (Azərbaycan) – “Torpedo” (Kutaisi, Gürcüstan) 3:0

Qol: Ruan Renato, 33, 63 (pen), Davit Volkov, 48

Sumqayıt, SOCAR Polimer Arena
Baş hakim: Yoni Hyuttiya (Finlandiya).

Komandalar arasında cavab oyunu iyulun 16-da Kutaisidə keçiriləcək.

Xəbər xətti