"Şəfa" braziliyalı hücumçu transfer etdi - FOTO

16:41 - 12 Avqust 2026

“Şəfa” klubu növbəti transferini reallaşdırıb.

Sportal.az klubun mətbuat ximətinə istinadən xəbər verir ki, braziliyalı hücumçu Luis Felipe da Silva Rodrigez ilə 1+1 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu son olaraq Albaniyanın “Vora” klubunda çıxış edib. Ölkəsində isə “Boavista”, “Parana”, “Kaldense”, “Banqu Atletiko”, “Sentro Sportivo Alaqoano”, “İpatinqa” və “Volta Redonda” klublarının formasını geyinib.

Qeyd edək ki, "Şəfa" bu yay Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”,  Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”​​​​​​, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, Treyvon Fuller ("Dila", Gürcüstan), Bafode Dansoko (son klubu "Vintentur", İsveçrə), Kristofer Mamengi (“Priştina”, Kosovo), Ayxan Əlizadə ("Araz-Naxçıvan"), Eltun Babazadə ("Qarabağ"), Nurhan Abdıyev və Elmar Məmmədovu (Hər ikisi "Zirə") da heyətinə cəlb edib.


Xəbər xətti