"Qarabağ"ın futbolçusu 2 milyon avroluq transferdən imtina edib

11:33 - 13 Avqust 2026

Ukraynalı jurnalist Mixail Spivakovskinin “TaToTake” verilişində açıqlama verib. 

Sportal.az xəbər verir ki, o, "Qarabağ"ın futbolçusu Aleksey Kaşukun ölkəsindən aldığı təklifi qəbul etmədiyini bildirib:

“Polissya” bir neçə ay Kaşukun transferi üzərində işləyib və hər şey razılaşmaya çox yaxın idi. “Qarabağ” Kaşuku satmaq istəyirdi, ukraynalı futbolçu da klubdan ayrılmaq istəyirdi. “Qarabağ” qış fasiləsindən etibarən onun üçün 2 milyon avro tələb edirdi". 

Daha sonra Spivakovski bildirir ki, “Polissya” “Qarabağ”ın istədiyi məbləği ödəməyə hazır olub, amma son mərhələdə transferə məhz Kaşukun özü mane olub:

“Lakin Aleksey Kaşuk həmin mərhələdə bu transferin qarşısını aldı. O, Ukraynaya qayıtmaq istəmədi.”

Onun sözlərinə görə, Kaşuk Avropada oynamaq və “Qarabağ”la avrokuboklarda normal mövsüm keçirmək istəyib. Spivakovski həmçinin Kaşukun daha əvvəl “Hayduk” və “Omoniya” kimi klublardan variantlarının olduğunu deyib.

Xəbər xətti