Con Lukumi "Yuventus"a keçməyə yaxındır.
Sportal.az xəbər verir ki, jurnalist Canluka Di Marzionun məlumatına görə, "Bolonya" ilə danışıqlar son mərhələdədir. Tərəflər bonuslar da daxil olmaqla təxminən 20 milyon avro dəyərində transferi müzakirə edirlər. Klublara yalnız son detalların razılaşdırılması qalır və "Yuventus" transferin həftəsonuna qədər rəsmiləşəcəyinə əmindir.
Kolumbiyalı müdafiəçiyə 4 illik müqavilə təklif olunur və anlaşmada daha bir mövsümlük uzatma opsiyası da nəzərdə tutulur. Lukumi Turin klubuna keçməyə razılığını hələ iyulun əvvəlində verib.
Qeyd edək ki, 29 yaşlı futbolçu ötən mövsüm A Seriyasında 29 oyunda iştirak edib və 1 qol vurub.
saytlarin hazirlanmasi
