"Atletiko"nun hücumçusu zədələndi - 4-5 həftə oynamayacaq

19:15 - 12 Avqust 2026

"Atletiko"nun heyətində ciddi itki baş verib.

Sportal.az xəbər verir ki, hücumçu Aleksandr Sörlot sıradan çıxıb. Bu barədə "Cadena SER" məlumaat yayıb.

Norveçli futbolçu ayaq əzələsindən zədə alıb. 30 yaşlı forvard 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq. O, La Liqada yeni mövsümün ilk oyunlarını buraxacaq.

Qeyd edək ki, "Atletiko" Aleksandr Sörlotu 2024-cü ilin yanvarında "Vilyarreal"dan 32 milyon avroya transfer edib. Norveç millisinin üzvü 2025/26 mövsümündə Madrid təmsilçisinin heyətində meydana çıxdığı 54 rəsmi matçda 20 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti