Bakı metrosu “Qarabağ”ın oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

13:07 - 13 Avqust 2026

“Qarabağ”ın UEFA Konfrans Liqası çərçivəsində avqustun 13-də keçiriləcək oyunu ilə əlaqədar Bakı Metropolitenində iş rejimi dəyişdiriləcək.

Sportal.az xəbər verir ki, bu haqda “Bakı Metropoliteni” QSC məlumat yayıb. Oyunla əlaqədar “Gənclik” stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Növbətçilik əsasında köməkçi işçi qüvvəsi ayrılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Xəbər xətti