"Tottenhem"in hücumçusu Matis Tel karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" fransalı forvardın xidmətində maraqlıdır. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.
İstanbul nəhəngi Tel üçün İngiltərə klubuna 2,5 milyon avro icarə haqqı, 21 milyon avroluq satınalma məbləği nəzərdə tutulan təklif göndərib. 21 yaşlı futbolçu ilə "Portu" da maraqlanır.
Qeyd edək ki, "Tottenhem" Matis Teli 2025-ci ilin fevralında "Bavariya"dan transfer edib. Fransa U-21 millisinin üzvü 2025/26 mövsümündə London təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
