“Neftçi” Ukrayna millisinin cinah oyunçusu Oleksiy Qutsulyakla müqavilə imzalamaq niyyətində olub.
Sportal.az “XSPORT.ua” portalına istinadən xəbər verir ki, ukraynalı jurnalist İqor Burbasın sözlərinə görə, Bakı klubu 28 yaşlı vingerə ayda 50 min dollar maaş təklif edib.
Lakin Qutsulyak bu məbləğdən imtina edərək daha artığını - 70.000 dollar istəyib. Bundan sonra tərəflər danışıqları dayandırıblar.
Qutsulyak ötən mövsümü yerli "Polessye” klubunda keçirib və hazırda azad agentdir. əUkraynalı “Karpatı”(Lvov), “Desna”, “Dnipro-1” komandalarının formasını geyinib.
