Sabiq "Çelsi"li türk klubunda 
	 
	“Trabzonspor” Floran Maludanın keçidindən sonra daha bir transferini gerçəkləşdirib.
	 
	Sportal.az xəbər verir ki, komandanın KPR-dən yeni transferi Joze Bosinqva Trabzon şəhərinə gəlib. Portuqaliyalı futbolçu hava limanında klub azarkeşləri tərəfindən böyük coşqu ilə qarşılaşıb. 
	 
	Qeyd edək ki, sabiq "Çelsi"li futbolçuların - həm Maluda, həm də Bosinqvanın klubla bu gün müqavilə imzalaması gözlənilir. 
	 
	 
                      
saytlarin hazirlanmasi