Hər iki qələbə qoluna 16 yaşlı forvardı imza atdı
Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə Azərbaycanın U-17 milli komandası III yeri tutub.
Sportal.az xəbər verir ki, III yer uğrunda dünən keçirilmiş qarşılaşmada yığmamız "Xəzər Lənkəran"ın yetirməsi Elnur Cəfərovun vurduğu qol sayəsində Latviya komandasını 1:0 hesabı ilə məğlub edib.
Qeyd olunan turnirdə Azərbaycan millisi iki 1:0 hesablı qələbə qazanıb, və hər iki qələbə qoluna 16 yaşlı forvard imza atıb.
saytlarin hazirlanmasi