Jilmar 83 yaşında dünyasını dəyişdi
Avqustun 25-də San-Pauluda futbol üzrə ikiqat dünya çempionu, Braziliya yığmasının futbolçusu Jilmar dünyasını dəyişib.
Sportal.az xəbər verir ki, 83 yaşlı qapıçının ölüm səbəbi ürəktutması olub. Sentyabrın 7-də Braziliya yığması Avstraliya yığması ilə yoldaşlıq oyununa qara sarğıda çıxacaq və 1 dəqiqəlik sükutla Jilmarı yad edəcək.
Jilmar peşəkar karyerasına 1951-ci ildə "Jabaçuara" klubunda başlayıb, həmin il "Korintians" klubuna keçib. 10 il "Korintians"ın qapısını qoruyan qapıçı "Santos" klubuna keçib. "Santos" ilə 2 dəfə Libertadores Kubokunu və Beynəlxalq Kuboku qazanıb.
Braziliya yığması ilə Jilmar 1958 və 1962-ci illərdə dünya çempionu olub. 1953, 1957 və 1959-cu illərdə yığma komanda ilə 3 dəfə Amerika Kubokunun gümüş medalçısı olub.
saytlarin hazirlanmasi