Oyunçular milli komandalarına kömək edəcək
Litva milli komandası Latviya və Lixtenşteynlə DÇ-2014 çərçivəsində qarşılaşacaq.
Sportal.az "Bakı"nın rəsmi saytına istinadən xəbər verir ki, litvalıların məşqçi heyəti komandanın iki futbolçusuna dəvət göndərib. Bunlar Mindauqas Kalonas və Deyvidas Çesnauskisdir.
Qeyd edək ki, Latviya – Litva matçı 6 sentyabr, Litva – Lixtenşteyn oyunu isə 10 sentyabr tarixində baş tutacaq.
saytlarin hazirlanmasi