"Allahdan kubok oyunu var idi, doyunca penalti vurduq"

14:44 - 24 Mart 2014

Güvənc Kurtar yenə hakimlərə "ilişdi"
 
“Rəvan” klubunun baş məşqçisi Güvənc Kurtar Azərbaycan hakimlərindən narazı qaldığını növbəti dəfə bildirib.
 
Sportal.az xəbər verir ki, türkiyəli məşqçi jurnalistlərlə söhbətində “Rəvan” – “Neftçi” matçının gedişində, eləcə də oyundan sonra referi Ramil Diniyevin idarəçiliyini tənqid edib.
 
 
Kurtar eyni zamanda Azərbaycan ümumi hakimliyinə də ilişib: Çempionatda 27 tur geridə qalıb, amma “Rəvan” çempionat ərzində penalti vurmayıb. Allahdan kubok oyunu var idi, doyunca penalti vurduq. Bütün zərbələr də qol oldu (gülür).
Qeyd edək ki, “Rəvan” Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyununda “Bakı”nı penalti seriyasında məğlub edib, mərhələ adladı.

Xəbər xətti