Ramaldanov bu oyunu buraxmalı olacaq
Azərbaycan milli komandasının və “Xəzər Lənkəran” klubunun mərkəz müdafiəçisi Rasim Ramaldanov cəzalı duruma düşüb.
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi “Simurq”la oyunda sarı vərəqə alaraq, limitini doldurub.
Beləliklə, Ramaldanov martın 29-da “Neftçi”yə qarşı keçiriləcək səfər matçında meydançaya çıxmayacaq.
Qeyd edək ki, bu "Neftçi" ilə matöncəsi cənub klubunda 4-cü itkidir. Belə ki, komandanın heyətində Tural Cəlilov, Deyvid Sakkoni və Tyeqo de Xesus hazırda zədəlidirlər.
saytlarin hazirlanmasi