Novruzov 1 illik müqavilə imzaladı Premyer Liqada 2014/2015 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" Futbol Klubu daha bir futbolçunu heyətinə qatıb. Sportal.az xəbər verir ki, komanda Tagim Novruzovla 1 illik müqavilə imzalayıb. Qeyd edək ki, 25 yaşlı futbolçu karyerası ərzində "Şahdağ", "Qarabağ", "Turan", MOİK, "Muğan", AZAL, "Rəvan" və "Simurq"un şərəfini qoruyub. saytlarin hazirlanmasi