"Liverpul" estoniyalı futbolçu ilə gücləndi FOTO

15:33 - 20 İyul 2016

3 illik müqavilə imzalayıb
 
İngiltərə Premyer Liqasında mübarizə aparan "Liverpul” heyətinə daha bir futbolçu cəlb edib.
 
Sportal.az xəbər verir ki, "qırmızılar” Almaniyanın "Auqusburq” klubundan Raqnar Klavanı transfer edib. 30  yaşlı estoniyalı mərkəz müdafiəçisi ilə 3 ilə müqavilə imzalayıb. Klavanın transferi "Liverpul"a 4.2 milyon funt-sterlinqə başa gəlib.
 
Xatırladaq ki, "Liverpul" daha öncə Lorius Karius, Joel Matip və Sadio Maneni də transfer edib.

Xəbər xətti