Slavçev: "Qarabağ"da olduğu kimi, millidə də qarşıma yüksək hədəflər qoymuşam"

13:35 - 6 Sentyabr 2018

"Belə turnir lazım idi. Millətlər Liqasında iştirak etməklə futbolçular beynəlxalq yarışlarda təcrübələrini artırır".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın və Bolqarıstan millisinin yarımmüdafiəçisi Simeon Slavçev deyib. 24 yaşlı futbolçu Millətlər Liqasında bu gün Sloveniyaya qarşı keçirəcəkləri oyun barədə danışıb: "Kollektiv oyuna üstünlük veririk. Yaxşı nəticələr qazanmalıyıq. İndi daha çox oynayıram. Özümə inanıram. "Qarabağ"da olduğu kimi, millidə də qarşıma yüksək hədəflər qoymuşam".

 

Qeyd edək ki, Slavçev "Qarabağ"a yay transfer dönəmində "Sportinq"dən keçib.

Xəbər xətti