Millətlər Liqasında baş tutacaq Farer adaları - Azərbaycan matçının baş hakimi rusiyalı FİFA referisi Aleksey Yeskov olacaq.
Sportal.az xəbər verir ki, Aleksey Yeskov ilk dəfə millimizin oyununu idarə edəcək.
Rusiyalı referinin klublarımızla iki yolu kəsişib. Yeskov 2015/16 mövsümündə Avropa Liqasının pley-off mərhələsində "Yanq Boyz" - "Qarabağ" matçında 4-cü hakim olub. Sözügedən qarşılaşmada Ağdam təmsilçisi 1:0 hesablı qələbə qazanmışdı.
40 yaşlı referi 2016/17 mövsümündə Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Qəbələ" - "Lill" oyununu idarə edib. Həmin oyunda 1-0 hesabı ilə qalib gələn "qırmızı qaralar" turnirin pley-off mərhələsinə vəsiqə qazanmışdı.
Qeyd edək ki, Farer adaları - Azərbaycan matçı oktyabrın 11-də baş tutacaq.
saytlarin hazirlanmasi