Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub.
Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:
Topaz Premyer Liqasının VII turunun “Neftçi” – “Sabah” matçının 75-ci dəqiqəsində “Neftçi” klubunun 28 №-li futbolçusu Slavko Braliç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Topaz Premyer Liqasının VII turunun “Zirə” – “Qəbələ” matçı başa çatdıqdan sonra “Qəbələ” klubunun baş məşqçisi Sənan Qurbanov oyun sonrası mətbuat konfransında iştirak etmədiyinə görə klub 800 manat cərimə olunur.
saytlarin hazirlanmasi