Mövsümə uğursuz start verən "Monako" klubunun rəhbərliyi baş məşqçi postunda dəyişiklik etməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, "knyazlıq klubu" Leonardo Jardimlə yolları ayırlmağı və onun əvəzinə Belçika millisinin məşqçilər korpusunda yer alan Tyerri Anrini gətirmək istəyir. Fransa mətbuatının məlumatına görə, Jardimlə təzminat məsələsi çözüldükdən sonra vəzifəsinə son veriləcək. Məlumata görə, klub Anri ilə danışıqlar aparır.
Qeyd edək ki, Anri "Monako"nun heyətində 1996/1997-ci illər mövsümündə Fransa çempionu olub.
saytlarin hazirlanmasi