"Zirə"nin futbolçusu turun ən yaxşısı seçildi

15:48 - 11 Oktyabr 2018

Topaz Premyer Liqasının 7-ci turunun ən yaxşı oyunçusu məlum olub.

 

Sportal.az xəbər verir ki, bu, “Zirə”nin müdafiəçisi Miloş Radivoyeviçdir. Serbiyalı futbolçu “Qəbələ”yə qarşı keçirilən oyunda komandasına qələbə qazandıran qolun müəllifi olub.

 

Araşdırmalara əsasən, Radivoyeviç turun ən yüksək indeksə malik olan futbolçusudur.

Xəbər xətti