Mövsümə uğursuz start verən "Monako" klubunun rəhbərliyi baş məşqçi Leonardo Jardimlə ötən gün yolları ayırdı.
Sportal.az xəbər verir ki, "knyazlıq klubu" portuqaliyalı mütəxəssisin əvəzinə Belçika millisinin məşqçilər korpusunda yer alan Tyerri Anrini gətirəcək. Fransa mətbuatının məlumatına görə, klub Anri ilə danışıqlarda müsbət sonluq əldə edib. 41 yaşlı mütəxəssis Belçika - İsveçrə oyunundan sonra Monakoya yollanacaq və anlaşma rəsmiləşəcək.
Qeyd edək ki, Anri "Monako"nun heyətində 1996/1997-ci illər mövsümündə Fransa çempionu olub.
saytlarin hazirlanmasi