Kilian Mbappe İslandiya ilə yoxlama görüşündə qol vurmaqla Fransa millisinin tarixinə düşüb.
Sportal.az xəbər verir ki, forvard yığma tarixində 20 yaşına kimi 10 qol vurmağı bacaran ilk futbolçu olub. 90-cı dəqiqədə "Qarabağ"ın qapıçısı Hannes Halldorssonu penalti zərbəsi ilə məyus edən 19 yaşlı forvard millidə 10-cu qoluna imza atıb.
Qeyd edək ki, qarşılaşma 2-2 hesabı ilə yekunlaşıb.
saytlarin hazirlanmasi