Ermənistan Futbol Federasiyası Millətlər Liqasında Cəbəllütariqlə matçdan öncə kobud səhv edib.
Sportal.az xəbər verir ki, qarşılaşmanın start fitindən öncə matçı keçirildiyi Vazgen Sarkisyan adına stadionda Cəbəllütariqin deyil, Lixtenşteynin himni səsləndirilib.
Bu barədə Cəbəllütariq Futbol Federasiyasının rəsmi "facebook" səhifəsində məlumat yer alıb. Onlar qarşı tərəfin bu hörmətsizliyinə görə böyük məyusluq yaşadıqlarını, oyundan sonra meydan sahiblərinin rəsmiləri baş verən hadisəyə görə üzr istədiklərini qeyd ediblər.
Qeyd edək ki, qarşılaşma qonaq komandanın 1-0 hesablı qələbəsi ilə başa çatıb. Bu, Cəbəllütariqin tarixi ərzində ilk rəsmi qələbəsi olub.
saytlarin hazirlanmasi