Norveç - Azərbaycan oyununa təyinatlar açıqlandı

16:05 - 14 Oktyabr 2018

Azərbaycanın U-21 yığmasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Norveçlə səfər oyununa təyinatlar açıqlanıb.

 

Sportal.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komandanın cari seçmə mərhələdə keçirəcəyi son oyunu bolqarıstanlı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Volen Çinkov olacaq. Ona Deniz Sokolovla Miroslav Maksimov köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Nikolay Yordanov yerinə yetirəcək.

 

Xatırladaq ki, oktyabrın 16-da baş tutacaq qarşılaşmaya saat 20:15-də start veriləcək.

Xəbər xətti